Qidalanma üzrə ən çox soruşulan suallar

Uşaqların qida rejimini evdə necə həyata keçirə bilərik?

Bayram və istirahət günlərində uşaq evdə qalarkən qida rejiminin pozulmaması üçün “Special Kids”ın tərtib etdiyi menyudan istifadə etməyi valideynlərə tövsiyə edirik və uşağın fərdi qida ehtiyacları əsasında hazırlanan menyunu valideynə təqdim edirik.

Əgər uşaq “Special Kids”da yeməklərdən imtina edərsə, hansı tədbir görülür?

“Special Kids” uşaqlara fərdi inkişaf planlı yanaşdığından uşaqların damaq dadları, zövqləri mütləq nəzərə alınır və bunun əsasında menyu tərtib edilir. Belə bir hal baş verərsə, yalnız ünsiyət vasitəsi və həvəsləndirici oyunlarla uşağın qidalanması təmin olunur.