Arzu Mikayilova

Psixo-pedaqoq
Ətraflı məlumat

Arzu Mikayılova 2001 – 2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsində təhsil alıb.

  • 2005-2007-ci illərdə magistr dərəcəsi alıb.
  • 2005 – 2014-cü illərdə Bakı Biznes və Kooperasiya kollecində Fənn birləşmə sədri və pedaqoq vəzifəsində çalışıb.
  • 2014-2015-ci illərdə tədris mərkəzlərindən birində müəllim kimi fəaliyyət göstərib. “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda akademik bacarıqların analizi və öyrədilməsi” və “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda cinsi inkişaf və inkişafın kritik davranışları”, “Cinsi tərbiyənin verilməsi və istismardan qorunma yollarının öyrədilməsi” kimi təlimlərdə uğurla iştirak edib.

Hal-hazırda “Special Kids” Bağça tipli Reabilitasiya mərkəzində psixo-pedaqoq vəzifəsində çalışır.