Ətraf aləmlə tanışlıq
Uşaqlarin inkişafinda və tərbiyəsində bir sira vasitələr mövcuddur. Onlardan ən başlıcası təbiətlə tanışlıqdır. Ətraf aləm uşaqların rabitəli nitqin inkişafında əsas amildir. Muxtəlif yaş qruplarında usaqlara canli ve cansiz təbiət haqqinda, ilin fəsilləri haqinda biliklər oyrədilir. Bu biliklər sisteminə də onlar xüsusi təşkil olunmuş məşğələlərdə və məqsədli ekskursiyalarda yiyələnirlər. Məşğələlərdə tətbiq olunan təlim üsulları aşağıdakılardır:
-Uşaqların məşğələlərdə nə edecəklərini və necə edecəklərini izah etmək
-Nümunələrin göstərilməsi
-Oyun texnikaları
-Şəkillərə baxmaq və s.
Tərbiyəçi tərəfindən tətbiq olunan bütün təlim üsulları məşğələnin məqsəd və məzmununa kömək edir.